AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-08-20 14:12:59 329

“Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” qrant layihəsi çərçivəsində təlimlər həyata keçirilmişdir.

16-18 avqust 2024-cü il tarixlərində Neft və Qaz İnstitutunda gənc mütəxəssis İsmayıl İsmayılovun "İdeyanı Reallaşdır 2023" qrant layihəsində qalib olmuş, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Neft və Qaz İnstitutunun və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Seysmoaktiv ərazilərdə yaşayan gənclərin təhlükəsizlik tədbirləri haqqında maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər baş tutmuşdur.

Tədbiri giriş sözü ilə Neft və Qaz İnstitutunun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov açaraq, zəlzələlər haqqında hər kəsin məlumatlandırılmasının vacibliyini, zəlzələ baş verdiyi zaman və baş verdikdən sonra təhlükəsizlik tədbirlərini bilməyin hamı üçün önəmli olduğunu vurğulamışdır.

Təlimlər 3 gün olmaqla, AzDƏMTTETİ-nin elmi işçisi olan Cəvahir Rəcəbli tərəfindən həyata keçilmişdir. İştirakçılar təlimin 1-ci günü zəlzələlər, onların növləri, təsnifatı, yaranma səbəbləri və digər ümumi məlumatlar, 2-ci günü dünyada və Azərbaycanda baş vermiş ən dağıdıcı zəlzələlər və törətdiyi fəlakətlər, 3-cü gün isə zəlzələyə hazırlıq, zəlzələ zamanı və zəlzələ baş verdikdən sonra görüləcək təhlükəsizlik tədbirləri haqqında məlumatlandırılmışlar.

Təlimdə BDU, ADNSU, AzTU, ADİU, ADAU, ADA, MAA, SDU, Xəzər və s. universitetlərdən tələbə və məzunlar, o cümlədən orta təhsil müəssisələrindən şagirdlər iştirak etmişdir. Təlimin sonunda fəal iştirak edən gənclərə sertifikat və hədiyyələr təqdim olunmuşdur.