AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-01-16 11:50:28 1065

AMEA Neft və Qaz İnstitutunda növbəti imtahan keçirildi

13 yanvar 2021-ci il tarixində AMEA Neft və Qaz İnstitutunda növbəti imtahan keçirildi. İmtahan “Zoom” proqramı vasitəsilə onlayn keçirilmişdir.
II kurs magistrantı Zülfüqar Ağayev “Faydalı qazıntı yataqlarının müasir geokimyəvi axtarış metodologiyaları ” fənni üzrə imtahan verib və yüksək nəticə əldə edib.
İmtahan prosesində komissiyanın üzvləri y.e.f.d. Rəqsanə Əsgərova, Aytən Hüseynova və Təhsil şöbəsinin müdiri Arif Hüseynov iştirak edib.