AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-10-01 08:00:43 33

Neft və Qaz İnstitutunun əməkdaşının “IJONFEST ” jurnalında məqaləsi nəşr olunub

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı t.e.d. Mahir Rəsulovun həmmüəllifi olduğu məqalə “International Journal of New Findings in Engineering, Science and Technology” jurnalında nəşr olunub.

Sözügedən məqalə “Investigation of an Exact Solution of a Mixed Boundary Value Problem Using the Residue Method (Qarışıq məsələnin dəqiq həllinin çıxıqlar üsulu ilə araşdırılması)” adlanır.