AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-02-07 21:44:19 1061

AMEA Neft və Qaz İnstitutunun Elmi şurasının onlayn iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub

AMEA-nın Neft və Qaz İnstitunun Elmi şurasının onlayn iclası keçirilib. İnstitutun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, elmi şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti əməkdaşlar iştirak ediblər.
Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.
Tədbirdə AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının 2021-ci il üçün fəaliyyət planı müzakirə edilib. Sonra akademik F.Qədirov pandemiya dövründə institutun şöbələrinin yerinə yetirdikləri elmi tədqiqat işləri ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib. Sonra ETİ proqramlarının müzakirəsi və qəbul edilməsi üzrə müzakirələr aparılıb. “Quyu geofiziki tədqiqat nəticələrinin və seysmik məlumatların əsasında Cənubi Xəzər çökəkliyinin çöküntü sisteminin seysmostratiqrafik modelləri” adlı ETİ haqqında g.-m.e.d. N.P.Yusubov və “Quyu divarının bərkidilməsinin keyfiyyəti və etibarlılığının artırılmasını təmin edən tamponaj məhlullarının tərkibi və texnoloji həllərin təkmilləşdirilməsi ” adlı ETİ haqqında AMEA-nın müxbir üzvü Q.M.Əfəndiyev təqdimat etmiş və ətraflı müzakirələrdən sonra hər iki ETİ-nin qəbul edilməsi haqqında qərar qəbul edilmişdir.
Daha sonra AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli 20/2 saylı qərarına əsasən AMEA Neft və Qaz İnstitutunda 2021-ci ildə aparılacaq elmi tədqiqat işlərinin əhatəli planını elmi işlər üzrə direktor müavini g.-m.e.d., prof. V.Ş.Qurbanov təqdim edib. Ətraflı müzakirədən sonra elmi tədqiqat işlərinin əhatəli planı təsdiq edilib.