AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-02-10 18:59:47 197

11 Fevral Beynəlxalq Qadın və Qızların Elmdə İştirakçı Günüdür

AMEA Neft və Qaz İnstitutunun Qadınların Təşkilatının başçılığı ilə “Elmdə qadın və qızlar günü”nə həsr olunmuş tədbir keçirilib
İclas Qadınlar Təşkilatının sədri Arzu Rüstəmlinin sədrliyi ilə keçirilib. İclasda ümumi şöbənin müdiri Nübar Dilbazova, mühasib Pərvin Kərimxanlı, iqtisadçı Ləman Məhərrəmli, Yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova, böyük laborant Esmiralda İbrahimova, mühəndis Günay Mütəllibova, baş mütəxəssis Fatima Bayramova, mühəndis Mina Namazova, böyük elmi işçi Samirə Məhərrəmova və mühəndis Rəna Abbasəliyeva iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA Neft və Qaz İnstitutunun Qadınlar Təşkilatının sədri Arzu Rüstəmli bildirib ki, Azərbaycan qadınları və qızlarının cəmiyyətdə rolu, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin olunması təqdirə layiqdir. O qeyd edib ki, Azərbaycan qadınları ölkənin bütün sahələrdə olduğu kimi elm və təhsil sahələrində də adlarını tarixə yaza biliblər, onlardan Akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, professor Aida İmanquliyeva kimi Azərbaycan elmində silinməz izlər və örnək olan şəxslərin adlarını vurğuladı.
Azərbaycan cəmiyyətinin inkişafında, müstəqil dövlətin qurulmasında qadınların rolu danılmaz və əvəzsiz olduğunu söylədi. Təşkilat sədrinin sözlərinə görə, bu gün Azərbaycanda qadınların bütün sahələrdə əldə etdikləri nəticələrə görə dünya ölkələri sırasında ən qabaqcıl yerlərdə olduğunu, hər zaman intellekti və aktivliyi ilə tanındığını bildirdi.
Tədbirdə İnsitutunun ümumi şöbəsinin müdiri Nübar Dilbazova, Gənc Alim və Mütəxəssislər şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova, mühəndis Mina Namazova pandemiya dövründə elmdə qadınların rolundan bəhs edərək vurğuladılar ki, Neft və Qaz İnstitutunda da öz profili üzrə onlayn iclaslar, konfranslar təşkil etmiş, eyniliklə də elmi məqalələri və tezislər yerli və beynəlxalq jurnallarda dərc olunmuşdur.