×
2021-05-31 07:57:34 856
AMEA Neft və Qaz İnstitutunun əməkdaşları elmi konfransda iştirak ediblər
AMEA Neft və Qaz İnstitutunun əməkdaşları Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçı və doktorantların onlayn elmi konfransında iştirak ediblər.
Konfransda Geologiya və Geofizika bölməsi üzrə Ə.Z.Mehtiyev “Cənubi-şərqi Qobustanın neft-qazlılığın perspektivliyinin qiymətləndirilməsi”, İsmayılov İ.H. “Pirallahı strukturunu çöküntülərinin kern nümunələri əsasında qranulometrik xarakteristikası” və Neft-qaz yataqlarının mənimsənilməsi bölməsi üzrə A.K.Məmmədova “Qarabağlı sahəsində təbii rezervuarların aşağı limit standartı və müəyyənləşdirmə metodu” mövzularında çıxış etmişlər. Çıxışlar dinləyicilərin böyük marağına səbəb oldu və bəyənildi.