MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2021-11-05 07:47:06 849

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı Yeni Azərbaycan Partiyasının Zəfər günü münasibətilə keçirdiyi tədbirdə iştirak edib

İnstitutun şöbə müdiri Bünyad Kazımov Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının 8 noyabr - Zəfər günü münasibətilə keçirdiyi tədbirdə iştirak edib. Tədbirdə düşmən əsarətində olan torpaqlarımızın azad olunması ilə əlaqədər 8 noyabr - Zəfər gününə gedilən yolun çətinlikləri, sarsılmaz Ordu – Xalq - Dövlət birliyi, ölkə rəhbərinin əzmkar şəxsi keyfiyyətləri və siyasəti barədə mülahizələr söylənilmişdir. Bütün çətinliklərə üstün gələrək qalibiyyətin əldə olunması barədə faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Tədbir Zəfər gününə həsr olunan bədii kompozisiya ilə yekunlaşmışdır.