MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2021-11-18 12:54:42 817

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı Xəzər dənizində aparılan monitorinqlərdə iştirak edib

AMEA Neft və Qaz İnstitutunun elmi işçi və Gənc alimlər və mütəxəssislər şurasının sədri Pünhan Səmədli ekspedisiyaya qatılmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və SOCAR-ın mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən 2021-ci ilin 5 noyabr – 17 noyabr tarixlərində Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən neft-qaz yataqlarının Xəzər dənizinə və eləcə də ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, dənizin hidroloji və hidrokimyəvi vəziyyətinin, bioloji ehtiyatlarının öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə olunması məqsədilə nazirliyin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə kompleks tədqiqatlar və monitorinqlər keçirilib.

Monitorinq çərçivəsində balıq ehtiyatlarının vəziyyətini öyrənilməsi məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisində tral çəkmə qurğusu ilə uzunluğu 24,7 m olan dib tralı vasitəsilə balıq ovunun sınaqları təşkil edilib. Bununla əlaqədar olaraq Lənkəran rayonunun sahilboyu akvatoriyasında (Lənkəran travestində) 20-25 m-lik dərinliklərdə tral çəkilişləri həyata keçirilib, sınaqlar zamanı tralla balıq ovunun uğurla həyata keçirilməsi və tralın işlək vəziyyətində olduğu təsdiq edilib.

Ümumilikdə monitorinq zamanı 64 müxtəlif koordinatlardan( 237nümune)100 su ,60 dib çöküntüsü, 60 bentos,17 plankton nümunəsi götürülmüşdür. Monitorinq çərçivəsində balıq ehtiyatlarının vəziyyətini öyrənilməsi məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisində tral çəkmə qurğusu ilə uzunluğu 24,7 m olan dib tralı vasitəsilə balıq ovunun sınaqları təşkil edilib. Bununla əlaqədar olaraq Lənkəran rayonunun sahilboyu akvatoriyasında (Lənkəran travestində) 20-25 m-lik dərinliklərdə tral çəkilişləri həyata keçirilib, sınaqlar zamanı tralla balıq ovunun uğurla həyata keçirilməsi və tralın işlək vəziyyətində olduğu təsdiq edilib.

Ümumilikdə monitorinq zamanı 64 müxtəlif koordinatlardan( 237nümune)100 su ,60 dib çöküntüsü ,60 bentos ,17 plankton nümunəsi götürülmüşdür.