MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2022-10-11 07:24:13 691

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı YAP Yasamal rayonu təşkilatının Həmidağa Hüseynzadənin əziz xatirəsinə həsr edilmiş tədbirdə iştirak edib

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri, Yeni Azərbaycan Partiyası Yasamal rayonu Neft və Qaz İnstitutu ərazi ilk partiya təşkilatının sədr müavini, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov Yasamal rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının 7 oktyabr 2022-ci il tarixində birgə təşkil edilmiş 44 günlük Vətən müharibəsinin şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadənin əziz xatirəsinə həsr edilmiş film və kitabın təqdimat tədbirində iştirak edib.