MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-03-17 11:06:14 604

Neft və Qaz İnstitutunun əməkdaşları seminarda çıxış etdilər

17 Mart 2023-ci ildə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təşkilatçılığı və JICA Gürcüstan ofisinin dəstəyi ilə "Yaşıl hidrogen - dekarbonizasiya yolunda imkanlar" mövzusunda seminar keçirilib. Seminarın məqsədi Azərbaycanda yaşıl enerji layihələrinin inkişafına töhfə verəcək dövlət qurumlarını, tədqiqatçıları, investorları və digər maraqlı tərəfləri bir araya gətirməkdir.

Seminarda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov və baş mütəxəssisi Məhərrəm Mehtiyev "Neft və Qaz İnstitutunun dekarbonizasiya layihələri" mövzusunda çıxış ediblər. Mövzu Azərbaycanda elektrik stansiyalarından atmosferə atılan istixana qazlarının miqdarını, CO2 - nin yığılması, nəqli və yeraltı laylarda saxlanmasını və CO2-nin yığılması və metanol istehsalında metan qazı əvəzinə xammal kimi istifadəsini əhatə edir.