MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-03-28 10:58:35 651

Neft və Qaz İnstitutunda Bakı Dövlət Universitetinin tələbələri təcrübə keçirlər

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin sonuncu kurs tələbələrinin bir qismi Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri Bünyad Kazımovun rəhbərliyi “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsində təcrübə keçirlər. Tələbələr təcrübə müddətində təhsil dövründə qazandıqları biliklərin şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzu¬suna uyğun olaraq, tədqiq olunan məsələlərlə uyğunluğu və tədqiqat xüsusiyyətləri haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, həmin məsələlərin həllində istifadə edilən metodiki yanaşmalar və alınmış həllərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər. Onlar eyni zamanda şöbənin son illər ərzindəki elmi-təşkilati fəaliyyətinə dair informasiyalar əldə edirlər.