MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-04-04 07:45:18 668

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu 2023-cü il üçün doktoranturaya qəbul elan edir

Fəlsəfə doktoru proqramı üzrə:

2508.01 - “Geokologiya” ixtisası üzrə - 1 yer; (qiyabi) (ödənişsiz)

2521.01-“Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisası üzrə – 2 yer; (qiyabi) (ödənişsiz)

2525.01-“Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə – 2 yer; (əyani, qiyabi) (ödənişli və ödənişsiz)

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 12 aprel tarixindən başlayacaq və 16 may sənəd qəbulu üçün son tarixdir.