MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-04-18 10:46:04 615

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı Xəzər dənizində aparılan monitorinqlərdə iştirak edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu, SOCAR və "BBDTL" QSC-nin əməkdaşlarından ibarət ekspedisiya qrupu 4-13 aprel 2023-cü il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” adına elmi-tədqiqat gəmisi ilə Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən neft-qaz yataqlarının Xəzər dənizinə və eləcə də ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, dənizin hidroloji və hidrokimyəvi vəziyyətinin, bioloji ehtiyatlarının öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə olunması məqsədilə kompleks tədqiqatlar və monitorinqlər keçirilib.

Bundan əlavə, ekspedisiya qrupu tərəfindən Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq məntəqələrində Xəzər dənizinin hidrobioloji vəziyyəti təhlil edilib, ekoloji monitorinqlər həyata keçirilib.

Ekspedisiya zamanı ümumilikdə 19 məntəqədə 67 monitorinq nöqtəsi üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı İsmayıl İsmayılov bu monitorinqdə iştirak edib.