MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-04-18 12:21:12 611

Neft və Qaz İnstitutunda K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin tələbələri təcrübə keçəcəklər

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin “Neft-qaz və filiz geofizikası” və “Neft və qaz geologiyası” fakültəsinin II kurs magistrant tələbələrinin bir qismi Neft və Qaz İnstitutunda, onlardan 4 nəfəri şöbə müdiri f.-r.e.d. Ədalət Həsənovun “Neftli-qazlı hövzələrin analizi” şöbəsində və digər 4 nəfər Lətif Sultanovun rəhbərliyi ilə “Neftli-qazlı komplekslərin litologiyası” şöbəsində təcrübə keçəcəklər.

Tələbələr təcrübə müddətində neft-qaz yataqlarının axtarış-kəşfiyyat üsulları, geoekoloji məsələlər və neft-qaz texnologiyaları sahəsində dərin bilik və praktiki bacarıqlara malik olmağı və müasir effektiv idarəetmə üsullarının tətbiqi üzrə məlumat əldə edəcəklər.