MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-04-27 10:39:26 563

K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin əməkdaşları Neft və Qaz İnstitutunda işgüzar ezamiyyətdə olublar

23-27 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərindəki K.Satbayev adına Milli Elmi-tədqiqat Universitetinin (Satbayev University) əməkdaşları Neft və Qaz İnstitutunda işgüzar ezamiyyətdə olublar. Görüş Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzanlanmış memoranduma əsasən keçirilib.

Görüşdə Neft və Qaz İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, elmi katib y.e.f.d. Şəlalə Hüseynova, AMEA-nın müxbir üzvləri Qalib Əfəndiyev və Qərib Calalov, t.e.d. prof. Gülnaz Moldabayeva və doktorant Zemfira İmansakipova iştirak edib.

Görüş zamanı magistrant və doktorantlara birgə rəhbərlik, birgə elmi-tədqiqat işlərinin aparılması və elmi əsərlərin çap olunması məsələləri müzakirə olunub. Həmin ezamiyyət çərçivəsində qonaqlar Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin əməkdaşları Qalib Əfəndiyev, Mehman Yusifov, Arzu Rüstəmli və Nübar Səfərli ilə birlikdə Lökbatan sahəsində qazılan kəşfiyyat quyusuna getmiş, orada tətbiq olunan yeni texnika və texnologiya ilə tanış olunub. Həmçinin Əli Əmirov adına Neft-qaz çıxarma idarəsində (NQÇİ) baş geoloq Əjdər Hüseynovla görüş keçirilib və həmin görüş zamanı qonaqlara neftçıxarma zamanı quyuların məhsuldarlığı, texniki avadanlıq və mövcud texnologiya haqqında məlumat verilib.

Görüşün sonunda K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin direktoru Meyram Beqentayev tərəfindən AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevə “Beynəlxalq Satbayev Konfransı 2023. Elm və Texnologiya: İdeyadan həyata keçid” konfransında və qarşılıqlı elmi əməkdaşlıqda fəal iştirakına görə minnətdarlıq məktubu təqdim olunub.