MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-04-28 08:14:23 556

Neft-qaz geologiyası üzrə beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

23-26 may tarixlərində Neft və Qaz İnstitutunda “Heydər Əliyev və Azərbaycanın neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfrans neft-qaz geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənməsi, quyuların qazılması, süxur mexanikası və geoekologiya istiqamətləri üzrə alim və mütəxəssislər üçün nəzərdə tutulub.

Konfrans çərçivəsində “Yerin deqazasiyası, istixana qazlarının emissiyaları və karbon qazının basdırılması şəraiti” adlı elmi forumun keçirilməsi də planlaşdırılır.

Konfrans barədə ətraflı məlumatı https://conference.ogi.az/ rəsmi internet saytından əldə edə bilərsiniz.

https://edu.gov.az/az/news-and-updates/19805-1