MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-05-02 11:02:49 581

Neft və Qaz İnstitutunun əməkdaşı Avropa Yer Elmləri Baş Assambleyası iclasında iştirak edib

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Yer Elmləri Baş Assambleyasının (EGU - 2023) növbəti iclası keçirilib.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov Vyanada Avropa Yer Elmləri Baş Assambleyasında iştirak edib. Belə ki, alim “The Relationship Between Moderate Earthquakes and Ayazakhtarma Mud Volcano Using the InSAR Technique in Azerbaijan” mövzusunda çıxış edib. Təqdim edilmiş nəticələr böyük marağa səbəb olmuş və müxtəlif ölkələrin (Almaniya, İtaliya, Fransa, İsveçrə və digərləri) alimləri ilə müzakirə edilərək gələcək əməkdaşlıq üçün maraq göstərilib.

Baş Assembleyada 107 ölkədən 18.831 qeydiyyatdan keçmiş iştirakçı qatılmış, 938 sessiyada 16,357 təqdimat göstərilib. Əməkdaş Bəhruz Əhədov bir sıra təqdimatlarda iştirak edərək müzakirələrdə olmuş və yeni yanaşmaların ölkə ərazisində tətbiqi planlaşdırılıb.