MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-06-02 12:00:01 533

Neft və Qaz İnstitutunun əməkdaşları Baku Energy Weekdə iştirak ediblər

31 may - 2 iyun tarixlərində Bakı şəhərində keçirilən Bakı Enerji Həftəsinin brendi altında “Caspian Power” və “Caspian Oil & Gas” sərgiləri keçirilir.

Bakı Ekspo Mərkəzində baş tutmuş sərgidə dünyanın nüfuzlu şirkətləri olan ACWA Power, BP, Equinor, Türkiye Petrolleri, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling və digər şirkətlər də qatılıb.

Sərgidə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutununun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, baş mühəndis Ehtibar Əliyev, Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov, institutun əməkdaşları Fatimə Bayramova, Rahilə Əliyeva və Sahilə Nəsibova iştirak etmişdir.