MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-06-08 12:47:30 675

Neft və Qaz İnstitutunun “Neft və qaz geologiyası, geokimyası, geofizikası və geoekologiya” və “Neft və qaz yataqlarının işlənməsi və istismarı” seksiyalarının birgə iclası keçirilib

İclasda hər iki seksiyanın sədrləri g.-m.e.d., prof., Vaqif Qurbanov və AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qərib Calalov, sədr müavinləri g.-m.e.d. Namaz Yusubov və AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qalib Əfəndiyev, elmi katibləri Ruhiyyə Əliyeva və Samirə Məhərrəmova, seksiyaların üzvləri, institutunun doktorantları, dissertantları və onların məsləhətçiləri iştirak ediblər. İclasın gündəliyində əsas məsələ Neft və Qaz İnstitutunun dissertantı Nazim Abdullayevin “Бассейновый анализ Южно-Каспийской впадины на основе новых геологических и геофизических исследований” (Yeni geoloji və geofiziki tədqiqatlar əsasında Cənubi Xəzər çökəkliyinin hövzə analizi)” mövzusunda 2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” ixtisasında Yer elmləri üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işinin ilkin müzakirəsi haqqında danışdıqdan sonra ona verilən sualları cavablandırıb. Onun məruzəsi qənaətbəxş hesab olundu və faydalı tövsiyələr verildi.

İclasın sonunda hər iki seksiyanın birgə qərarı səsə qoyuldu və yekdilliklə qəbul edildi.