MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-06-19 08:27:14 502

Neft və Qaz İnstitutunda Ş.Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin doktorantlarına təcrübə keçirildi

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Qazaxıstanın Ş.Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, universitetin iki doktorantı ixtisasartırma üzrə təcrübədə olublar.

Təcrübə müddətində onlar dünyada ilk dəfə qazılmış mexaniki üsulla işləyən neft quyusu olan Bibi Heybətdə quyunun açıq səma altında muzeyində olmuş və Azərbaycan neft sənayesi tarixi ilə tanış olublar. Qonaqlar Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsində aparılan elmi-tədqiqat işləri ilə tanış olmuş, dissertasiya işlərinin mövzularına aid müvafiq məlumat toplayıblar. Geologiya və Geofizika İnstitutunun muzeyində və laboratoriyalarda olmuş, həmin laboratoriyalardakı cihazlar və aparılan tədqiqat işləri ilə, həmçinin Lökbatan sahəsində qazılan quyuya səyahət zamanı qazma avadanlığı və orada işlədilən texnologiya ilə tanış olublar.

Təcrübənin sonunda doktorantlar sertifikatla təltif olundular.