MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-06-23 11:05:00 495

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb

İyunun 22-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək.

Açılış nitqi ilə çıxış edən rektor Ədalət Muradov bildirib ki, beynəlxalq elmi platformaların daimi üzvü olan və bu il beşincisi keçirilən beynəlxalq konfrans özünəməxsus nailiyyətləri ilə elmi ənənəyə çevrilib. Rektor konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Ukrayna, Rumıniya, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib: “Konfransda 19 yerli, 94 xarici ali təhsil müəssisəsi və tədqiqat mərkəzi təmsil olunur.

Konfrans “Türk Dünyasında Çağırışlar” adlı paneldə rektor Ədalət Muradov və müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə Türk Dünyasının tarixi, iqtisadiyyatı və sosial həyatından bəhs edən maraqlı çıxış və müzakirələrlə davam edib.

Konfransda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları Fəxrəddin Kərimov, Ehtibar Əliyev və Məhərrəm Mehtiyev iştirak ediblər.