MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-06-24 10:56:46 520

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi.

İclasda Fəxrəddin Kərimov “Təbii ekoloji təmiz enerji mənbələrindən istifadə etməklə texnogen proseslərdən atmosferə atılan karbon qazının miqdarının azaldılması yolları” mövzusunda məruzəsi ilə çıxış etdi. Müəllif tərəfindən təqdim olunan məruzə antropogen təsir nəticəsində atmosferdə baş verən iqlim dəyişmələrinə mənfi təsirin azaldılmasına yönəlib. Ekoloji təmiz enerji mənbələrinin tətbiqi nəticəsində ölkədə yandırılan yanacağın istifadəsinə qənaət edilməsinin və atmosferə atılan karbon qazının azalmasının proqnoz qiymətləri hesablanıb. Günəş, külək, geotermal və digər bərpa olunan enerji mənbələrindən istifadənin üstünlüklərini göstərilməklə bərabər fontan üsulu ilə işlənilən neft quyularında neftin axınından ekoloji təmiz elektrik enerjisinin alınması üsulu təklif edilib. Hər il istilik elektrik stansiyalarından atmosferə atılan 10-11 mln. tonadək karbon qazının tutulması və xammal kimi istifadəsi nəticəsində təxminən 800 mln. kub metrədək təbii metan qazının qənaətinə gətirəcəyi böyük maraq doğurur.

Fəxrəddin Kərimovun “Təbii ekoloji təmiz enerji mənbələrindən istifadə etməklə texnogen proseslərdən atmosferə atılan karbon qazının miqdarının azaldılması yolları” mövzusunda məruzəsinin aktuallığı qeyd edildi. Əldə edilmiş nəticələrin ilkin qiymətlədirmə səciyyəsi daşıdığından mövzu üzrə tədqiqatların etdirilməsi və məruzənin “Geotermal enerji” hissəsində qeyd olunan tədqiqat işləri təqdirəlayiq hesab edilərək davam etdirilməsi qərara alındı.

İclasda akademik Fəxrəddin Qədirov “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” beynəlxalq elmi-praktiki konfransın yekunları haqqında məlumat verdi.

Neft və Qaz İnstitutunun şöbələrinin elmi-təşkilati fəaliyyətinin yerinə yetirilməsinin gedişatı dinlənildi. AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev “Quyu divarının bərkidilməsinin keyfiyyəti və etibarlılığının artırılmasını təmin edən tamponaj məhlullarının tərkibi və texnoloji həllərin təkmilləşdirilməsi (2021-2023)” və g.-m.e.d. Namaz Yusubov “Quyu geofiziki tədqiqat nəticələrinin və seysmik məlumatların əsasında Cənubi Xəzər çökəkliyinin çöküntü sisteminin seysmostratiqrafik modelləri (2021-2023) ” adlı ETİ üzrə gedişi haqqında məlumat verdi. Təqdim edilən layihələr ətrafında müzakirəsi aparıldıqdan sonra tədqiqat işlərinin davam etdirilməsi tövsiyə olundu.

Təhsil şöbəsinin müdiri Arif Hüseynov əyani doktoranturada fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan Farad Ghadir Kamyabinin dissertasiya işinin mövzusunun qismən dəyişdirilməsi barədə məlumat verdi. Məsələ səsə qoyuldu və dissertasiya mövzusu yeni versiyada qəbul edildi.