MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-07-04 10:30:32 586

Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirildi

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda “Geofizika mühəndisliyi” ixtisası üzrə magistrlik dissertasiyalarının müdafiəsi keçirilib.

İclasda ixtisaslaşdırılmış müdafiə şurasının sədri f.-r.e.d. Ədalət Həsənov, sədr müavini g.m.e.d., prof. Vaqif Qurbanov, elmi katib Arif Hüseynov və şuranın üzvləri iştirak ediblər.

Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclasında Nərmin Allahverdi qızı Behbudovanın (rəhbər g.m.e.d. Namaz Yusubov) “Geofiziki məlumatlar əsasında geoloji kəsilişin litologiyasının proqnozu”, Məryəm Əfqan qızı İsmayılovanın (rəhbər y.e.f.d. Aynur Zamanova) “Acınohur perspektivli neft-qaz rayonunun qravitasiya sahəsinin rəqəmsal təhlili və dərinlik quruluşu” və Günay Vaqif qızı Rəhimovanın (rəhbər f.-r.e.d. Ədalət Həsənov) “Azərbaycanın yer qabığında geostatik, laydaxili və hidrostatik təzyiqlərin müqayisəsi” mövzularında dissertasiya işləri təqdim olunub.

Magistrantlar dissertasiya işlərini təqdim etdikdən sonra hər bir dissertasiya mövzusu ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə şura üzvləri çıxış edərək rəy və təkliflərini, eləcə də tövsiyyələrini verdilər.

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirilmiş və müvafiq meyarlara əsasən dissertasiya işləri qiymətləndirilib. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şura qiymətləndirmənin nəticələri əsasında 3 magistrantın hər birinə magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.