MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-09-12 11:00:10 368

Neft və Qaz İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3-29/3-2-418F/20 nömrəli 03.07.2023-ci il tarixli sərəncamına əsasən 11-13 sentyabr 2023-ci il tarixində Neft və Qaz İnstitutunda “Neft və qaz yataqlarının işlənməsi və istismarı”- 2525.01 ixtisasından fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanın keçirilməsi üçün aşağıdakı tərkibdə komissiya qəbul edilib: sədr – icraçı direktor, g.-m.e.d., prof. Vaqif Qurbanov, sədr müavini - AMEA-nın müxbir üzvü, t.e.d, professor Qərib Calalov, elmi katib, Təhsil şöbəsinin müdiri Arif Hüseynov, üzvlər: t.ü.f.d. Fətəli Axundov və t.e.d. Vüqar Fətəliyev.

İmtahanda 2 nəfər iddiaçı iştirak edərək yüksək qiymət alıblar.