MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-10-15 07:54:56 423

Neft və Qaz İnstitutunun əməkdaşları beynəlxalq elmi-texniki konfransda iştirak ediblər

10-12 oktyabr 2023-cü il tarixlərində Özbəkistan Respublikası Mədən və Geologiya Nazirliyinin (“IGIRNIGM” Dövlət Müəssisəsi) “Neft və Qaz Yataqlarının Geologiya və Kəşfiyyat İnstitutu” dövlət müəssisəsində “Neft-qaz geologiyasının aktual problemləri və yer təkinin karbohidrogen potensialının inkişafı və onların həlli yolları” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçirilib.

Konfransın işində Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov və icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov iştirak ediblər. Akademik Fəxrəddin Qədirov plenar icladakı çıxışında konfransın birlikdə əlaqələrin qurulmasındakı əhəmiyyətini vurğulayıb.

Konfransın gedişində Neft və Qaz İnstitutunda yerinə yetirilən tədqiqatlarla əlaqədar prof. Vaqif Qurbanov və g.-m.e.n., aparıcı elmi işçi Qəhrəman Qəhrəmanov məruzə ediblər. Məruzələrdə göstərilən nəticələr elmi marağa səbəb olub.

Neft və Qaz İnstitutunun baş direktoru Özbəkistan Respublikasının “Neft və Qaz Yataqlarının Geologiya və Kəşfiyyat İnstitutu” rəhbərliyi ilə görüşlər keçirmiş və birlikdə elmi tədqiqatların aparılması və yüksək ixtisaslı kadr hazırlığı məsələləri müzakirə edilib.