MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-10-27 16:23:45 369

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun gənc mütəxəssisi Beynəlxalq Geologiya-Mədənçilik Forumunda iştirak edib

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu keçirilib.
Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın geologiya və mədənçilik sahəsində mövcud və potensial imkanlarının beynəlxalq arenaya çıxarılması, qarşılıqlı şəkildə təcrübənin mənimsənilməsi, kommunikasiyaların qurulması və sözügedən sahəyə beynəlxalq və yerli investisiyanın cəlb edilməsidir.

Dünyanın bir çox ölkəsindən mütəxəssislərin və geoloqların çıxış etdiyi bu forumda sözügedən sahədə müasir tendensiyalar, yeni texnologiyalar və onların tətbiqində beynəlxalq metodologiyanın istifadə olunması ətrafında təcrübə mübadiləsi aparılmışdır.

Qeyd edək ki, forum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə təşkil olunub. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 70 ekspert iştirak edib.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun gənc mütəxəssisi İsmayıl İsmayılov sözügedən forumda iştirak edib.