MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-10-30 06:10:36 341

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi.

Elmi şura üzvləri tərəfindən gündəlik yekdilliklə təsdiq olundu.

İclasda y.e.e.d. Bəylər Aslanov “Yevlax-Ağcabədi çökəkliyi – okean mənşəli maqmatik hövzə”mövzusunda məruzəsi ilə çıxış etdi. Məruzəçi quyu karotajı, qravimetrik və seysmik məlumatların birgə analizinin nəticələrinə əsasən tədqiqat ərazisinin Mezozoy çöküntü laylarının neft-qazlılıq perspektivliyinin dəqiqləşdirilməsinə nail oldu. Tədqiqat nəticələri Yevlax-Ağcabədi çökəkliyinin dərin struktur-tektonik quruluşu haqqında yeni fikirlər əldə etməyə və karbohidrogen sistemlərinin yaranması və formalaşması haqqında fikir irəli sürməyə imkan verdi. Bir sıra regional miqyaslı tektonik qırılmaların dərin çöküntü qatlarında dərinlik və dinamik kəsilişlərə görə mürəkkəb xarakterdə olması bir daha təsdiqləndi. Orta Kür regionunda neft yataqlarının laydaxili miqrasiya nəticəsində ana süxurlardakı (Təbaşir, Yura) stratiqrafik ekranlaşmış tələlərdə və nefttörədici layların Mezozoy yaşlı çöküntü kompleksilə təmaslarındakı rezervuarlarda toplanması nəticəsində yarandıqları haqqında mühüm nəticələr əldə edildi.
Müzakirədən sonra y.e.e.d. Bəylər Aslanovun “Yevlax-Ağcabədi çökəkliyi – okean mənşəli maqmatik hövzə” mövzusunda məruzəsinin aktuallığı qeyd edildi.

İclasda g.-m.e.d. Namaz Yusubov 2023-cü ildə başa çatmış “Quyu geofiziki tədqiqat nəticələrinin və seysmik məlumatların əsasında Cənubi Xəzər çökəkliyinin çöküntü sisteminin seysmostratiqrafik modelləri” (2021-2023) ETİ üzrə yekun hesabatın müzakirəsi və “Neft-qaz geofizikası” şöbəsinin 2023-cü il üzrə hesabatı haqqında məlumat verdi.

AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev 2023-cü ildə başa çatmış “Quyu divarının bərkidilməsinin keyfiyyəti və etibarlılığının artırılmasını təmin edən tamponaj məhlullarının tərkibi və texnoloji həllərin təkmilləşdirilməsi” (2021-2023) ETİ üzrə yekun hesabatın müzakirəsi və “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin 2023-cü il üzrə hesabatı üzrə məlumat verdi.