MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-11-15 11:42:09 293

Bakıda "Web of science" elmmetrik bazası ilə bağlı təlimlərin açılış mərasimi olub

Bakıda "Web of science" elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə keçiriləcək təlimlərin rəsmi açılış mərasimi olub.

Açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev iştirak ediblər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək təlimlər ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri üçün nəzərdə tutulub.

Agentliyin direktoru Ülkər Səttarova bildirib ki, müasir elmi informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir: "Bu gün toplaşmağımızın səbəbi elmmetriyanın əhəmiyyətini iştirakçılara çatdırmaqdır".

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Elm və Təhsil Nazirliyinin ölkədə ilk dəfə informasiya texnologiyaları sahəsində xarici şirkətlərlə müqavilə bağladığını bildirib: "Bizim ali təhsil müəssisələrimizin ali profillərinin yaradılması vacib məsələ idi. Nazirlik bu sahədə ciddi addımlar atdı. Biz nazirlik olaraq vacib informasiyanı əldə etmək üçün bu resurslardan geniş istifadə edirik. Bunlar alimlərin əlinin altında olacaq resurslardır. 100-dən çox ali təhsil müəssisəsi bu resurslarla təmin olunub".

Neft və Qaz İnstitutunun əməkdaşları Təhsil şöbəsinin müdiri Arif Hüseynov və kitabxanaçı Sitarə Rəsulova iştirak edib.