MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-11-17 12:17:32 296

Neft və Qaz İnstitutunda K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti Geologiya və Neftqaz İşlər İnstitutunun tələbələrinə təcrübə keçirildi

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti Geologiya və Neftqaz İşlər İnstitutunun “Neft-qaz və filiz geofizikası” və “Seysmologiya” fakültəsinin magistrant tələbələrinin bir qismi Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri f.-r.e.d. Ədalət Həsənovun rəhbərliyi ilə “Neftli-qazlı hövzələrin analizi” şöbəsində təcrübə keçirildi.

Təcrübə müddətində onlara geoloji kəşfiyyat və neft-qaz texnologiyaları sahəsində dərin bilik və praktiki bacarıqlara malik olmağı və müasir effektiv idarəetmə üsullarının tətbiqi üzrə məlumat verildi.

Təcrübənin sonunda tələbələr fəal iştirakına görə təcrübənin müvəffəqiyyətlə bitirdikləri üçün sertifikatla təltif olundular.