MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-02-08 05:54:24 312

Neft Qaz İnstitutu ilə Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında memorandum yenilənib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft Qaz İnstitutu ilə Qazaxıstan Respublikası Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti arasında elmi fəaliyyətlərinə görə memorandum yenilənib.

Görüşdə Neft və Qaz İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktor, g-m.e.d, prof. Vaqif Qurbanov, elmi katib y.e.f.d. Şəlalə Hüseynova, AMEA müxbir üzvləri Qalib Əfəndiyev və Qərib Calalov və Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin Tədris işləri və beynəlxalq əməkdaşlıq üzrə prorektoru, t.e.d, prof. Nurken Axmetov, Neft-qaz fakültəsinin professorları, t.e.n. Qabit Suyunqariyev və t.e.n. Janna İklasova, şöbə müdiri, hüquq elmləri namizədi Bibigul Kenjebayeva iştirak edib.

Tərəflər arasında birgə layihələrin təşkili və həyata keçirilməsi, elektron kitabxanaya girişin təmin edilməsi, birgə tədbirlərin (simpoziumlar, seminarlar, dəyirmi masalar, konfranslar və s.) təşkili və keçirilməsi, habelə onların sosial şəbəkələrdə, tərəflərin rəsmi internet səhifələrində, forumlarda və işgüzar görüşlərdə aparılması nəzərdə tutulub.