MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-02-14 10:41:11 292

Neft və Qaz İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki iclası keçirilib

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin hesabat seçki iclası keçirilib. İclasda institutun Həmkarlar İttifaqı Komitəsinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənilmiş, Həmkarlar İttifaqı Komitəsinin sədrinin və komitə üzvlərinin seçilməsi məsələsi müzakirə olunub. Kimya elmləri namizədi N.H.Şixiyev yenidən yekdilliklə İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmiş və komitənin yeni üzv tərkibi formalaşdırılıb. İclasda habelə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin keçiriləcək konfransında iştirak üçün iki nəfər nümayəndə seçilib.