MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-02-29 13:09:46 252

Neft və Qaz İnstitutunun əməkdaşı Qazaxıstan və Özbəkistan Respublikasında ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qalib Əfəndiyev 18-24 fevral tarixləri aralığında Qazaxıstan və Özbəkistan Respublikasında ezamiyyətdə olub.

T.e.d., prof. Qalib Əfəndiyev və Daşkənd şəhərinin İslam Kərimov adına Universitetinin və Şimkəndin Auezov adına Cənubi Qazaxıstan Universitetinin doktorantları ilə görüş keçirilib. Görüş zamanı dissertasiya üzərində işlərin müzakirəsi və universitetlərin eksperimental bazası ilə tanışlıq olub. Eləcə də hər iki universitetdə tələbə və doktorantların qarşısında mühazirə oxunmuş və bir sıra suallar cavablandırılıb.