MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-03-07 08:41:25 226

Neft və Qaz İnstitutun əməkdaşları təlimdə iştirak ediblər

“Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlimlər yekunlaşıb. Təlim çərçivəsində “Elsevier” şirkətinin nümayəndəsi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin elmi fəaliyyətinin artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Qeyd edək ki, üç günlük təlimdə elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin əməkdaşları ilə praktiki sessiyalar keçirilib. Sessiyalarda yeni tədqiqat sahələrini və aktual elmi mövzuları müəyyən etmək üçün istinad və nəşr tendensiyalarının təhlili aparılıb. Həmçinin iştirakçılara “Scopus”da indesklənən jurnalların metrik göstəriciləri və nəşr qaydaları haqqında geniş məlumat verilib.

Təlim iştirakçıların elmmetrik bazalarda praktik bacarıqlarının təkmilləşdirilməsi üçün interaktiv formada davam etdirilib.
Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutundan y.e.f.d., elmi katib Şəlalə Hüseynova, elmi işçi Vüsalə Balakçı , kiçik elmi işçi Rahilə Əliyeva, mühəndis Sahilə Nəsibova, baş mütəxəssis Fizzə Hüseynova və mühəndis Anar Xəlilzadə iştirak edib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.