MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-03-07 11:02:08 196

Neft və Qaz İnstitutunda "8 Mart - Beynəlxalq Qadınlar Günü" nə həsr olunan tədbir keçirilib

7 mart 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda “8 Mart - Beynəlxalq Qadınlar Günü" nə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov açıb. O, bu gün Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, onların ictimai-siyasi həyatda fəal iştirakı və elmi həyatında misilsiz nailiyyətlərindən danışaraq institutun qadın kollektivini təbrik edib, onlara can sağlığı və uzun ömür arzulayıb.

Daha sonra, institutun Həmkarlar Təşkilatının sədri Nuhbaba Şıxıyev və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli qadınları “8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə təbrik edib və işlərində müvəffəqiyyətlər arzu ediblər.