MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-03-15 10:54:18 224

Akademik Fəxrəddin Qədirova yubiley medalı təqdim olunub

ARETN Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevin 26 oktyabr 2023-cü il tarixli 3-29/3-1-1359K/2023 nömrəli əmri ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən görüşdə universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov tərəfindən Yubiley Medalı akademik Fəxrəddin Qədirova təqdim edilib.