MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-03-29 06:10:27 127

Bakı Dövlət Universitetinin tələbələri Neft və Qaz İnstitutunda istehsalat təcrübəsi keçiblər

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin sonuncu kurs tələbələrinin bir qismi Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri Bünyad Kazımovun rəhbərliyi ilə “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsində istehsalat təcrübəsini başa vurublar. Tələbələr təcrübə müddətində şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzusuna uyğun olaraq araşdırılan məsələlər haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə etmiş, həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələniblər. Onlar eyni zamanda şöbənin son illər ərzindəki elmi-təşkilati fəaliyyətinə dair zəruri informasiyalar əldə ediblər.