MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-04-02 07:25:01 132

Neft və Qaz İnstitutu ilə Qazaxıstanın M.X.Dulati adına Taraz Regional Universiteti arasında müqavilə imzalanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu ilə Qazaxıstan Respublikası M. X. Dulati adına Taraz Regional Universiteti arasında elmi-pedaqoji əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqavilə çərçivəsində tərəflər arasında təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi və xarici əlaqələrin möhkəmləndirilməsi, akademik təhsilin əldə edilməsi və tədris, innovativ və istehsal fəaliyyəti sahələrində əməkdaşlıq, elmi tədqiqatların birgə həyata keçirilməsi, aktual mövzularda mühazirə kurslarının təşkili, hər iki tərəfdən yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi, tədris sisteminin təkmilləşdirilməsi üzrə tədris, elmi və metodiki materialların, proqramların (bakalavr, magistr, fəlsəfə doktoru) işlənib hazırlanması, magistr və doktorluq dissertasiyalarına baxılması və onlara rəhbərlik edilməsi nəzərdə tutulub.