MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-04-23 12:26:12 103

Neft və Qaz İnstitutunda Muxtar Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin doktrantlarına təcrübə keçirildi

M.Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin “Neft – qaz mühəndisliyi” fakültəsinin doktorantlarının bir qismi Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qalib Əfəndiyevin rəhbərliyi ilə “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsində 1 ay müddətində təcrübə keçirildi.

Təcrübə müddətində qazılan quyu prosesinə baxılıb, Neft və qaz çıxarma idarəsinə gedilib, Dünya neft təsərrüfatı tarixinin başlanğıcını təşkil edən, Bibiheybətdə qazılmış quyunun qazıldığı yerə getmiş və onun tarixi haqqında məlumat verilib, Yanardağ ziyarət edilib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bir neçə mühazirədə iştirak edilib və laboratoriyaya baxış keçirilib. Geologiya və Geofizika İnstitutunda Analtik mərkəz və kimya laboratoriyasında olunub.

Təcrübənin sonunda doktorantlar fəal iştirakına görə təcrübənin müvəffəqiyyətlə bitirdikləri üçün sertifikatla təltif olundular.