MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-04-23 12:53:54 188

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qalib Əfəndiyev Satbayev adına Qazaxıstan Texniki Universitetinin dəvəti ilə akademik Kanış Satbayevin 125 illiyi ilə əlaqədar keçirilən beynəlxalq konfransda “Qeyri-müəyyənlik şəraitində quyuların qazılması zamanı qərarların qəbul edilməsi” məruzəsi ilə çıxış edib. Həm plenar, həm də seksiya iclasında moderator qismində iştirak edib.

AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qalib Əfəndiyev akademik Kanış Satbayevin 125 illiyi ilə əlaqədar keçirilən beynəlxalq konfransda qızıl medalla təltif olunub.