MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-04-30 12:06:12 167

Neft və Qaz İnstitutunda elmi seminar keçirildi

30 aprel 2024-cü ildə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda elmlər doktoru, professor Vaqif Kərimovun rəhbərliyi ilə elmi seminar keçirildi. Seminarın əsas mövzusu Hövzə analizi və modelləşməsinin nəticələrinə əsasən Cənubi Xəzər hövzəsinin karbohidrogen sistemlərinin tədqiqi, generasiya potensialının və karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi (aralıq nəticələr) müzakirə olundu. Cənubi Xəzər hövzəsinin üçölçülü struktur-tektonik, sedimentasiya və çöküntü komplekslərinin qalınlıq modellərı hazırlanmışdır. Belə ki, müxtəlif çöküntü komplekslərində struktur və klinoform təbəqələrdə (laylarında) litoloji-stratiqrafik tələlərin yerləşməsi ehtimal olunan zonalar da müəyyən edilmişdir.

Seminarda Neft və Qaz İnstitutunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri iştirak etdilər.