MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-06-13 06:42:38 100

Neft və Qaz İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa keçirildi

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Tədbirlər planı çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə «Neft-qaz sahəsinin geoekoloji problemləri» şöbəsinin müdiri Fəxrəddin Kərimov, “Azərkosmos” ASC CİS (Coğrafi İnformasiya Sistemi) Mərkəzinin “Təsvirlərin emalı” qrupunun rəhbəri Aqil Əhmədov, mərkəzin məhsul inkişafı üzrə mütəxəssisi Elman Ələsgərov və Gənc Alim və Mütəxəssislər iştirak etdilər.

Tədbiri Fəxrəddin Kərimov açaraq, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun "Neft - qaz sahəsinin geoekoloji problemləri" şöbəsi olaraq COP 29 tədbiri ilə bağlı " Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş dəyirmi masada iştirakçıları salamladı. Bugün kü dəyirmi masamızda çox aktual məsələ olan İqlim dəyişmələri mövzusunda çıxışlar təqdim ediləcək və müzakirələr aparılacaq. Xüsusilə bu dəyirmi masaya Gənc Alim və Mütəxəssislər dəvət olunmuş və onlara öz işlərində bu aktual məsələni işıqlandırmaq və layihə təklifləri hazırlamaq tövsiyə edilir.

Tədbirdə "Kosmik monitorinq istiqamətləri" mövzusunda “Azərkosmos” ASC CİS (Coğrafi İnformasiya Sistemi) Mərkəzinin “Təsvirlərin emalı” qrupunun rəhbəri Aqil Əhmədov və mərkəzin məhsul inkişafı üzrə mütəxəssisi Elman Ələsgərov, “Qlobal İqlim dəyişikliyi, onlara təsir edən istixana qazları və bəşəriyyətin qlobal istiləşməyə qarşı mübarizəsi” mövzusunda Məhərrəm Mehtiyev və “Ətraf mühitin tərənnümü” mövzusunda Minə Namazova çıxış etdilər.