AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2021-04-23 13:43:57 191

AMEA Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Respublika Elmi-praktiki Konfransı distant (online) formada keçiriləcəkdir.

24 may 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutunda Azərbaycan xalqının ümumilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Neft-Qaz problemləri və perspektivləri” mövzusunda Gənc Alim və Mütəxəssislər Şurasının Respublika Elmi-praktiki Konfransı distant (online) formada keçiriləcəkdir.
Elmi istiqamətlər
• Neft və Qaz geologiyası
• Geokimya
• Geofizika
• Geodinamika
• Geoekologiya
• Hidrogeologiya
• Quyu qazma texnologiyaları

Tezislər 14 may tarixinə qədər conference@ogi.az email adresinə göndərilməlidir.

Bu sənəd, tezisinizin nəşr üçün necə hazırlanacağını təqdim edir. Məqalə iki tam A4 səhifədən çox ola bilməz. Haşiyələrin ölçüsü aşağıdakı kimi seçilməlidir: yuxarı, aşağı, sağ və sol - 2,54 mm.
İstifadə ediləcək format aşağıdakı kimidir: (i) məqalənin başlığı (Roman şrifti, Qalın, 12pt, Hamısı böyük hərflə, Mərkəzləşdirilmiş) uzunluğu 2 sətirdən çox olmamalıdır (mərkəzləşdirilmiş); başlıqdan sonra boş sətir yoxdur; (ii) müəlliflərin adları (Roman şrifti, Normal, 12pt, Mərkəzləşdirilmiş)
Məqalənin əsas mətni (Roman şrifti, 12pt) həm sol, həm də sağdan bərabər olmalıdır. Hər bir abzasın birinci sətri, şəkil başlığı və istinadlar istisna olmaqla, 0,75 sm ilə girintili olmalıdır. Paraqraflar arasında boşluq / boş sətir əlavə etməyin.