AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2021-08-11 08:43:46 983

35-ci Əl-Xarəzmi Beynəlxalq Mükafatı elan olunur

İran Elm və Texnologiya Araşdırma Təşkilatı elm adamlarını və tədqiqatçıları 35-ci Əl-Xarəzmi Beynəlxalq Mükafatı uğrunda yarışmağa dəvət edir. Hər il ənənəvi olaraq təşkil olunan müsabiqənin keçirilməsinin əsas məqsədi elm və texnologiyanın əsas sahələri üzrə mühüm nəticələr əldə etmiş tədqiqatçı, ixtiraçı və novatorların elmə verdikləri töhfələri dəyərləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək göstərməkdir. Aerokosmonavtika, kənd təsərrüfatı və təbii sərvətlər,heyvandarlıq və baytarlıq , fundamental elmlər, biotexnologiya və əsas tibb elmləri , kimya texnologiyası, mühəndislik (bütün sahələrdə), informasiya texnologiyaları, nanotexnologiya, mexanika və başqa sahələr üzrə tədqiqatçılar, alimlər mükafata namizədliklərini irəli sürə bilərlər.

Tədqiqat işləri tətbiqi araşdırma, tədqiqat və inkişaf , fundamental tədqiqat , ixtira və innnovasiya kateqoriyaları üzrə təqdim olunacaq.

Müraciət üçün son tarix: 01-11-2021
Beynəlxalq Əl-Xarəzmi Mükafatları laureatlarının elanı 2022-ci il yanvar ayı üçün
nəzərdə tutulub.

E-mail: khwarizmi@irost.ir
Sayt: http://www.khwarizmi.ir
http://www.irost.org/kia/