
“Gələcəyə addım - 2” adlı geologiya və geofizika üzrə Ümumrespublika olimpiadası keçiriləcək
AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün 27 Mart ‒ Elm Gününə həsr olunan geoloq və geofizik tələbələr üçün “Gələcəyə addım - 2” adlı geologiya və geofizika üzrə Ümumrespublika olimpiadası keçiriləcək.
Final mərhələsi bu il mart ayının 15-də keçiriləcək müsabiqədə məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantlarının bilik səviyyəsini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırımaqdan ibarətdir.
Mükafat fondu:
I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
Müsabiqənin nəticəsindən asılı olaraq ayrılan fond çərçivəsində həvəsləndirici (250 AZN) mükafatlar da nəzərdə tutulur.
Müsabiqəyə 5 təşkilatdan 38 nəfərin ərizəsi daxil olub. Onlardan 14-ü bakalavr, 24 nəfəri magistrantdır.