AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2022-02-11 09:10:40 1041

Estoniyada 2022-2023-cü tədris ili üzrə təqaüdlü təhsil imkanları elan edildi

Estoniya Respublikası 2022-2023-ci il tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə təqaüdlü təhsil və tədqiqat proqramları imkanları elan edir. Təqaüd proqramı Estoniya universitetlərində yay kursları, tədqiqat və mühazirələrdə iştirak, eləcə də dərəcə proqramları (bakalavriat, magistratura və doktorantura) üzrə təqaüdlü təhsil imkanları yaradır.

https://www.studyinestonia.ee/study/scholarships

1. Tədqiqatçılar üçün qrantlar

Mobillik üzrə qrantlar tədqiqatçıların və xarici ali təhsil müəssisələrinin müəllimlərinin Estoniyanın ali təhsil müəssisələrinə səfərlərinin dəstəklənməsi üçün nəzərdə tutulub . Qrantlar tədqiqat, elmi iş, tədris, həmkarları ilə əməkdaşlıq və s üçün istifadə edilə bilər.

Proqramın müddəti: 10 aya qədər;

Müraciət müddəti: 01-04-2022

01.05.2022

Əcnəbi tədqiqatçılar üçün qrantlar həm qısamüddətli, həm də uzunmüddətli ola bilər:

qısamüddətli subsidiya 1- 9 gün müddətinə ödənilir

uzunmüddətli subsidiya 10 gündən 10 aya qədər müddətə ödənilir

Qrant məbləği:

qısamüddətli gündə - 45 avro

uzunmüddətli - ayda 660 avro

Tələb olunan sənədlər və təqaüd barədə ətraflı məlumat:

https://www.studyinestonia.ee/study/scholarships/grants-researchers

2. Estoniyada Tədqiqat Təqaüdü (Estophilus)

Əcnəbi vətəndaşlar Estophilus təqaüdü üçün müraciət edə bilərlər: Sonuncu kurs bakalavr tələbələri, bakalavrlar, aspirantlar və xarici universitetlərin doktorantları Estoniyada qalmaq və 1-5 ay ərzində Estoniya haqqında araşdırma aparmaq və ya material toplamaq üçün müraciət edə bilərlər. Eston dilini bilmək üstünlükdür, lakin şərt deyil. Təqaüd Estoniya Təhsil və Gənclər Departamenti tərəfindən idarə olunur və EKKAV Proqram Şurası tərəfindən verilir.

Təqaüd məbləği:

Təqaüd ayda 500 avroluq yaşayış xərclərini əhatə edir

Təqaüd maksimum 2 ay müddətində verilən bakalavriat tələbələri istisna olmaqla, 5 aya qədər müddətə verilə bilər. Bir təqaüd dövrünün müddəti 30 gündən qısa ola bilməz.

Müraciət müddəti:

2022-ci ilin yazı üçün müraciət müddəti fevralın 14-dən martın 15-dəkdir.

Tələb olunan sənədlər və təqaüd proqramı barədə ətraflı məlumat:

https://www.studyinestonia.ee/study/scholarships/scholarship-estonia-specific-research-estophilus

3. Estoniya milli təqaüdləri eston dili və mədəniyyəti yay kurslarında , həmçinin Estoniyada ingilisdilli tədris proqramları ilə bağlı yay və qış məktəblərində iştirakın dəstəklənməsi üçün nəzərdə tutulub .

Müraciət müddəti: 01-04-2022

01.05.2022

Təqaüd məbləği:

Təqaüd 500 avroya qədər kurs haqlarını və təqvim ili ərzində hər bir işgüzar səfər üçün maksimum 28 günə gündəlik 25 avroluq yaşayış xərclərini ödəmək üçün istifadə olunur.

Tələb olunan sənədlər və təqaüd barədə ətraflı məlumat:

https://www.studyinestonia.ee/study/scholarships/scholarships-short-courses