AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Elanlar

2022-04-29 10:32:48 195

Neft-qaz sahəsi üzrə Gələcəyin Neftçiləri" olimpiadası keçiriləcək

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş neft-qaz sahəsi üzrə "Gələcəyin Neftçiləri" olimpiadası keçiriləcək.

Birliyin Geologiya və Geofizika Departamentinin rəhbəri Qalib Muradovun təşəbbüsü ilə keçiriləcək olimpiadada suallar Neft-Qaz və Geologiya-Geofizika mühəndisliyini əhatə edəcək.

Qaydalar:
Olimpiadada istənilən universitetdən Neft-Qaz və Geologiya fakültəsinin tələbələri iştirak edə bilər
Komandada 4 nəfər iştirakçı olmalıdır (kapitan və 3 komanda üzvü)
Komanda hər hansı bir universiteti təmsil etməlidir (komandadakı iştirakçılar eyni universitetin tələbələri olmalıdır)
Olimpiada 2 mərhələdə keçiriləcək: qrup və final mərhələsi
Suallar 1,3,5 xal dəyərində olacaq

Qalib komandalara təqdim olunacaq:
Kubok, diplom, texniki gəzinti, müxtəlif hədiyyələr
Diplom, müxtəlif hədiyyələr
Diplom, müxtəlif hədiyyələr

Tarix: 07.05.2022
Saat: 10:00
Məkan: UFAZ

Son qeydiyyat tarixi: 04.05.2022, 20:00

Qeydiyyat linki: https://bit.ly/3OUjWSK

Əlavə sualınız varsa +994 99 303 07 01 whatsapp nömrəsinə yaza bilərsiniz.