AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-03-19 15:26:09 1071

AMEA Neft və Qaz İnstitunun əməkdaşları AMEA Yer elmləri bölməsinin Fəxri Fərmanları ilə təltif olunublar

Azərbaycan Milli Elmlər Akademiyasının elmi və ictimai həyatında səmərəli fəaliyyətini nəzərə alaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA Neft və Qaz İnstitunun elmi katibi Yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Məhərrəm qızı Hüseynova və aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Məlahət Əlipaşa qızı Əfəndiyeva təltif edilib.

İkinci Qarabağ müharibəsi dövründə döyüş bölgəsində olan hərbi qulluqçulara, şəhid və döyüşçü ailələrinə dəstək aksiyalarında fəal iştirakına görə AMEA Neft və Qaz İnstitunun aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əkbər qızı Əsgərova təltif
edilib.

AMEA Neft və Qaz İnstitunun kollektivi təltif edilən xanımları təbrik edir, onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edir.