AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-04-30 14:15:36 944

AMEA Neft və Qaz İnstitutu ilə UFAZ arasında görüş keçirilib

AMEA Neft və Qaz İnstitutu ilə Azərbaycan-Fransız Universitetinin (UFAZ) arasında görüş keçirilmişdir. Tədbirdə AMEA Neft və Qaz İnstititunun direktoru, akademik Fəxrəddin Qədirov, direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov, elmi katib, y.e.f.d. Şəlalə Hüseynova, şöbə müdirləri və UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş tədqiqatçı Filip Turek, Yer elmləri üzrə magistr proqramı koordinatoru Klara Cordi, Neft və qaz mühəndisliyi üzrə proqram koordinatoru Fidan Aslanzadə iştirak etmişlər.

Görüş iştirakçılarını salamlayan Fəxrəddin Qədirov elm və təhsilin inteqrasiyası istiqamətində rəhbərlik etdiyi institutun UFAZ-la əməkdaşlığının vacib olduğunu və həmişə əməkdaşlığa hazır olduğunu bildirdi.

Görüşdə hər iki tərəfin nümayəndələri müəssisələrin fəaliyyətlərindən, gələcək perspektivlərindən danışdılar və gələcək əməkdaşlıq imkanlarını müzakirə etdilər.

https://www.facebook.com/102279731461808/posts/295329055490207/?d=n