AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-03 16:24:54 993

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

AMEA Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov, ümumi işlər üzrə direktor müavini Ehtibar Əliyev və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Gənc alimlər 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən bir çox hərbi texnika və sursatlarla yaxından tanış olublar.

Hərbi Qənimətlər Parkı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi qələbəmizin dünyaya sübutudur.

https://www.facebook.com/102279731461808/posts/296977271992052/?d=n