AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-09 11:19:12 959

GGİ-nin və Yer Elmləri Bölməsinin birgə iclası keçirilib

AMEA Yer Elmləri Bölməsi ilə Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şuralarının Ədhəm Şıxəlibəylinin 110 illik yubileyinə həsr edilmiş birgə iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə iştirakçıları gündəliklə tanış edib. Sonra Azərbaycan elminin görkəmli nümayəndəsi, mərhum akademik Hətəm Quliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin “Akademik Ədhəm Şixəlibəyli və Azərbaycanda geotektonika və regional geologiya elminin müasir problemləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Ə.Şixəlibəyov uzun illər GGİ-nin geotektonika, stratiqrafiya və litologiya şöbəsinə başçılıq edib.

Toplantıda akademik Fəxrəddin Qədirov Geologiya və Geofizika İnstitutunun Massaçusets Texnologiyalar İnstitutu ilə birgə aparılan elmi-tədqiqat işləri haqqında danışıb.

Sonda Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişikliklər haqqında, institutun doktoranturasına və dissertanturasına qəbulun yekunları məsələləri dinlənilib, yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin elmi seminarlarda müzakirə protokolları təsdiqlənib.

http://science.gov.az/news/open/16895